FIFA-dan Almaniya millisi barədə QƏRAR

FIFA-dan Almaniya millisi barədə QƏRAR

Hazırda oxunan: FIFA-dan Almaniya millisi barədə QƏRAR

106055

FIFA Almaniya millisini dünya çempionatının I turunda Yaponiya ilə oyundan əvvəl etdiyi hərəkətə görə cəzalandırmayacaq.

Bizim.Media xəbər verir ki, Asiya təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi matçdan əvvəl alman futbolçular kollektiv fotoda əlləri ilə ağızlarını bağlayıblar.

Onlar bunu FIFA-nın “OneLove” kapitan sarğılarını qadağan etməsinə etiraz əlaməti olaraq ediblər.
Bundestimin kapitanı Manuel Noyer də məsələyə münasibət bildirib:

“FIFA sarğımızı ala bilər, amma bizi heç vaxt susdurmayacaqlar. Öz dəyərlərimizi və insan haqlarımızı müdafiə edirik”.

Almaniya Futbol İttifaqı isə oyunçularını müdafiə edib: “Bizim üçün sarğıdan imtina etmək səsdən imtina etmək kimidir. İnsan hüquqları müzakirə edilə bilməz”.

Qeyd edək ki, Almaniya yığması E qrupunda növbəti oyununu noyabrın 27-də İspaniyaya qarşı keçirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO