"Azərbaycan hər zaman olduğu kimi, bu gün də Türkiyənin yanındadır" – Əli Əsədov 

Hazırda oxunan: "Azərbaycan hər zaman olduğu kimi, bu gün də Türkiyənin yanındadır" – Əli Əsədov 

105926

"Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da Türkiyənin yanındadır". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 23-də Türkiyənin vitse-prezidenti Fuat Oktayla telefon danışığı zamanı bildirib. 

Telefon danışığı zamanı Türkiyənin Düzcə vilayətində baş vermiş zəlzələ ilə bağlı narahatlıq ifadə olunub, yaralananların tezliklə sağalması, zəlzələnin nəticələrinin və dəymiş ziyanın aradan qaldırılması arzulanıb. 

Türkiyənin vitse-prezidenti göstərilən diqqətə görə minnətdarlığını bildirib. 

Qeyd edək ki, noyabrın 23-də Türkiyənin Düzcə vilayətində baş verən zəlzələ nəticəsində 2 nəfər ölüb, 68 nəfər yaralanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO