Xalq artisti Gülyanaq: “Heç zaman evə ət almamışam” - VİDEO

Xalq artisti Gülyanaq: “Heç zaman evə ət almamışam” - VİDEO

Hazırda oxunan: Xalq artisti Gülyanaq: “Heç zaman evə ət almamışam” - VİDEO

105869

“Ailə qurduqdan sonra evə ərzağı həyat yoldaşım Ziya alır. Amma Ziya olmayanda (Həyat yoldaşı Ziya xərçəngdən müalicə almaq üçün Türkiyəyə yollanıb – red.) mağazaya ərzaq almaq üçün gedəndə satıcılar, qonşularım kömək edirdilər. Amma şükürlər olsun ki, həyat yoldaşım qayıtdı gəldi. İndi yenə ərzaq almaq üçün özü gedir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova qonaq olduğu “Günün sədası” verilişində deyib. 

Sənətçi bildirib ki, yaxşı yağ almağı həyat yoldaşından öyrənib. 

“İndiyə kimi evə ət heç zaman almamışam. Amma satılan yağın yaxşı və ya pis olmağını həyat yoldaşımdan öyrənmişəm”, - deyə G.Məmmədova bildirib. 

Qeyd edək ki, Gülyanaq-Ziya cütlüyünün iki oğlu, bir qız övladı var. 

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO