Ağdamda tapılan insan sümükləri ilə bağlı ARAŞDIRMA BAŞLANDI – YENİLƏNİB 

Ağdamda tapılan insan sümükləri ilə bağlı ARAŞDIRMA BAŞLANDI – YENİLƏNİB 

Hazırda oxunan: Ağdamda tapılan insan sümükləri ilə bağlı ARAŞDIRMA BAŞLANDI – YENİLƏNİB 

105845

24 iyul 1993-cü ildə bir neçə Azərbaycan vətəndaşının Ağdam rayonu Sarıcalı kəndi ərazisində Ermənistan hərbi birləşmələri tərəfindən odlu silahdan açılan atəşlə öldürülmələri və həmin ərazidə basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam rayon Prokurorluğunun məlumatında bildirilir.

Araşdırma ilə əlaqədar olaraq prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə noyabrın 22-də rayonun Sarıcalı kəndindən keçən Ağcabədi-Ağdam yolunun sağ və sol tərəflərində xüsusi texniki vasitələrdən istifadə edilməklə qazıntı işləri aparılıb.

Qazıntılar zamanı qeyd edilən ərazidən insana aid olması ehtimal edilən 15 ədəd sümük aşkar edilərək ekspertiza aparılması məqsədilə müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Hazırda araşdırma davam edir.

12.22

Noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, sümüklərin aid olduğu şəxslərin 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.

Sümüklərin kimə aid olmasının müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO