Təbriz, Üskü və Tufarqan (Azərşəhr) şəhərlərinin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan ölkədə davam edən etiraz aksiyaları ilə bağlı fikirlərini paylaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” teleqram kanalı yayıb.
"Problemlərin həlli, etirazların iğtişaşlara çevrilməsinin qarşısını almaq üçün xalqın səsini eşitmək, vətəndaşlara qarşı ədalətli və insaflı davranmaq lazımdır", - deyə azərbaycanlı millət vəkili bildirib.
O, ölkənin yalnız bir qrupa aid olmadığını və başqalarına da inkişaf üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.
Bizim.Media