Ukraynanın Kiyev şəhərində sürət qatarında insident yaşanıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Ukraynaya məxsus teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında Kiyev sürət qatarında gənc qadın sərnişin Rusiyanın ukraynalıları müdafiə etməyə gəldiyini bildirərək Ukrayna ordusuna silahı yerə qoymağı təklif edib.
Qadının bu sözlərindən sonra digər sərnişinlərlə arasında mübahisə yaranıb. Nəticədə o, sərnişinlər tərəfindən ən yaxın stansiyada düşürülüb. Məsələ ilə bağlı hadisə şahidləri tərəfindən lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Sözügedən video görüntüləri təqdim edirik:
Bizim.Media