Azərbaycan anti-terror əməliyyatlarına hazırlaşır? – Hərbi ekspertdən AÇIQLAMA

Azərbaycan anti-terror əməliyyatlarına hazırlaşır? – Hərbi ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan anti-terror əməliyyatlarına hazırlaşır? – Hərbi ekspertdən AÇIQLAMA

105504

Son zamanlar Qarabağ separatçılarının yenidən aktivləşməyə başladığı hiss olunur. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə onların gözü qarşısında erməni separatçıları mühəndis-istehkam qurğuları inşa edir. Əraziyə həmçinin, silah-sursat daşınır. 

Belə olan halda, Qarabağda Azərbaycan tərəfindən anti-terror əməliyyatı keçirilə bilərmi? 

Bizim.Media-ya sözügedən mövzunu şərh edən hərbi ekspert Ədalət Verdiyev düşünür ki, yaxın günlərdə erməni quldurların cəzalandırılması üçün Azərbaycan tərəfindən anti-terror əməliyyatı fonunda müəyyən fəaliyyətlər həyata keçiriləcək:
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb" - MN


“Qarabağda baş verən son hadisələr, xüsusilə də sülhməramlıların nəzarətində olan ərazidən Azərbaycan Ordusuna qarşı atəşkəsin pozulması, həmin ərazilərdə mühəndis-istehkam qurğularının inşa edilməsi ondan xəbər verir ki, sülhməramlı qismində gələnlər oradakı qanunsuz silahlı birləşmələri çıxarmaq niyyətində deyil. Əksinə, sülhməramlılar həmin qanunsuz silahlı dəstələri sanki himayə edirlər.
 

Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Həmin ərazilərə daşınan silah-sursatları nəzərə alsaq, yaranmış durum onu göstərir ki, erməni silahlıları yeni qüvvələri konsentrasiya etmək məqsədilə belə fəaliyyətlərə yol verirlər.


Dövlət olaraq Azərbaycan “Qisas əməliyyatı”nın başlanmasını elan edib. Amma həmin əməliyyatın sona çatması barədə heç bir rəsmi məlumat yoxdur.

Odur ki, keçiriləcək əməliyyat “Qisas əməliyyatı”nın ikinci fazası da adlandırıla bilər. Ölkəmiz üçün vacib olan nəticədir. Hesab edirəm ki, yaxın günlərdə erməni silahlı quldur dəstələrinin cəzalandırılması istiqamətində müəyyən fəaliyyətlər həyata keçiriləcək. Lakin onun miqyası və dəqiq zamanı təbii ki, rəhbərlik səviyyəsində həll olunacaq məsələdir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO