Azərbaycan gəncliyi sübut etdi ki, o çayxana gəncliyi deyil – Ramin Hacılı

Azərbaycan gəncliyi sübut etdi ki, o çayxana gəncliyi deyil – Ramin Hacılı

Hazırda oxunan: Azərbaycan gəncliyi sübut etdi ki, o çayxana gəncliyi deyil – Ramin Hacılı

10545

“İllər ərzində Azərbaycan gənclərinin əzmini, mübariz ruhunu qırmaq istiqamətində həm daxili, həm də xarici qüvvələrin fəaliyyəti olub. Amma bütün bunlara baxmayaraq, Azərbaycan gənci bütün dünyaya öz gücünü göstərdi. Bununla da Azərbaycan gəncinin inam hissi özünə qayıtdı”.

Bu sözləri 2 fevral Gənclər Günü ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi aktivist Ramin Hacılı deyib. O, bildirib ki, Azərbaycan gəncliyi bütün dünyaya çayxana, əyləncə gəncliyi olmadığını sübut etdi. 

 

MÖVZU İLƏ BAĞLI:

“Əli Həsənov dövlətin gənclər siyasətini darmadağın etdi” – Ramin Hacılı


“Zəfərlə bitən Qarabağ savaşının əsas memarı Azərbaycan gəncliyidir. Bu münasibətlə hər bir gənci, hər bir Azərbaycan əsgərini gənclər günü münasibətilə təbrik edirəm. Bu il onlara xüsusi təbrik düşür. Tanrıdan şəhidlərimizə rəhmət diləyirəm".

"O şəhidlərimiz ki, tankın üzərinə əliyalın getməyi özləri üçün vətən borcu hesab etdi, o qazilər ki, öz bədən əzalarını Vətən uğrunda qurban verdilər, biz onların hər birinə ömrümüzün sonuna qədər borcluyuq. Artıq Azərbaycan gəncliyi dünyanın istənilən yerində öz Vətənindən qürurla danışa bilər”. 

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO