DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək

DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək

Hazırda oxunan: DÇ-2022: Bu gün daha 3 oyun keçiriləcək

105407

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq. Dohadakı "Xəlifə" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

A qrupunun ikinci matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.

Nəhayət günün son matçında ABŞ seçməsi Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə başlama saatı 23:00-dır.
 

21 noyabr

A qrupu


20:00. Seneqal - Niderland

Baş hakim: Uilton Sampayo (Braziliya)

"Al-Tumama" stadionu

Xal durumu: Ekvador - 3 (1 oyuna), Niderland - 0, Seneqal - 0, Qətər - 0 (1 oyuna)

B qrupu


17:00. İngiltərə - İran

Baş hakim: Rafael Klaus (Braziliya)

"Xəlifə" stadionu

 

23:00. ABŞ - Uels

Baş hakim: Əbdülrəhman Əl-Casim

"Əhməd ibn Əli" stadionu.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO