Doğuşun anasının dəhşətli həyatı:

Doğuşun anasının dəhşətli həyatı: "Ərim qızılları alıb, pulu qadınlara xərclədi" - VİDEO 

Hazırda oxunan: Doğuşun anasının dəhşətli həyatı: "Ərim qızılları alıb, pulu qadınlara xərclədi" - VİDEO 

105297

"Öz evim olmayıb. Anam, atam, biz Almaniyada idik. Uşağım (Doğuş - red.) 4 aylıq olanda atası işdən çıxıb, qolumdakı qızılları alıb, əşyalarını topladı ki, gedib Türkiyədə iş qurum, səni də yanıma gətirim. Dedikləri yalan idi. O, qadınlarla, onunla-bununla pulu yedi. Atam da məni Türkiyəyə əmilərimin yanına yolladı. Onda övladım 4 aylıq idi. Bir il onlarda qaldım.

Məhkəməyə verdim, qərar çıxmadan nənəm İstanbula gəldi ki, “bu dəfə mənimlə qal”. Həmin ərəfədə həyat yoldaşımın anası gəlib dedi ki, “yazıqdır, oğlumu buraxma, ağıllanıb artıq.
O, artıq işləyir”. Atam da dedi ki, "Barışsan, qızım deyilsən". Bacara bilmədim, uşağım yetim qalmasın deyə, getdim. Gedən kimi də Selmaya hamilə qaldım. O, körpəni də qəbul etməyib dedi ki, “məndən deyil”. Yenə bizi buraxıb qaçdı Türkiyəyə. Mən nə edə bilərəm?"

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Doğuşun anası Nurhəyat xanım qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib.

Sənətçinin anası bildirib ki, illər əvvəl oğlu məhkəmənin qərarı ilə ondan alınıb:

"Qayınanam da məni götürüb Türkiyəyə qızının yanına gəldi. Hamilə halımla, qucağımda uşaq onun evində xadimə kimi işlədim. Heç veclərinə belə olmadım. Yenə nənəmin yanına getdim ki, xəstaxanaya aparsın məni. Çox çətinlik çəkdim, heç kim inanmır mənə.
O zamana qədər Doğuş da mənimlə idi. Qayınanam qızım 6 aylıq olanda gəldi ki, atası əsgərlikdən qayıdana qədər yanında qalım. Məni baldızımın evinin alt mərtəbəsinə apardı, özü ilə də saxlamadı. Tualet düz yanımda, mətbəx yox idi.

Doğuş bəlkə də xatırlayar o günləri. Boğazımda bir dənə qızılım var idi, həyat yoldaşım onu da aldı ki, kafe açacağam. Amma işləmədi, getdi-gəldi. Başqa bir yerə apardı, orada qalmağa başladıq.

Başqasının evi idi, gecə yarısı evə gəlirdi. Belə bir adamdan nə xeyir gözləyəsən? Bir gün gəlib dedi ki, ayrılaq. Al, uşaqları get, ver məhkəməyə. Doğuşu necə verə bilərdim, məhkəmə zorla aldı. Məhkəmə övladlarımdan birini mənə, birini də ona verdi", - deyə Nurhəyat xanım qeyd edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO