Rusiya Ordusu Ukraynanın yeni ilhaqdan azad edilən Xerson vilayətini atəşə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko şəxsi teleqram kanalında məlumat verib.
“Rus Ordusu Xerson vilayətinin Belozerka şəhərində mülki obyekti - çörək sexini atəşə tutub. Nəticədə 5 nəfər yaralanıb”, -deyə Timoşenko qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Xersonda partlayış səslərinin eşidilməsi ilə bağlı məlumatlar və bununla bağlı video görüntülər yayılıb.
Bizim.Media
![](http://ssl.bizim.media/file/articles/2022/11/19/1668872502_photo_2022-11-19_19-26-06.jpg)