Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sergey Lavrovun Lodz şəhərində keçiriləcək ATƏT XİN Şurasının iclasında iştirak etməsi üçün bu ölkəyə səfərinə qadağa qoymasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki bu barədə Rusiya XİN bəyanat yayıb.
"ATƏT-in fəaliyyətdə olan sədri 1-2 dekabr tarixlərində Polşanın Lodz şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun iştirakından imtinası indiyə qədər qeydə alınmamış təxribatçı qərardır",-deyə Rusiya XİN-nin bəyanatında qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Lavrov bu səbəblərdən G20 sammitini tez tərk edib - Versiyalar
Bəyanatda bildirilib ki, Polşa səlahiyyətliləri ATƏT-in öz funksiyalarını yerinə yetirməsinə mane olur:
"Əminik ki, bütün sağlam düşüncəli siyasətçilər belə hərəkətlərin yolverilməzliyi ilə bağlı Rusiya tərəfinin mövqeyi ilə razılaşır. Dünən ATƏT-in bütün iştirakçı dövlətlərinə bununla bağlı müvafiq sorğu göndərilib".
Rusiya XİN-dən bildirilib ki, ATƏT-in Nazirlər Şurasındakı Rusiya nümayəndə heyətinə ATƏT-in daimi nümayəndəsi Aleksandr Lukaşeviç rəhbərlik edəcək.
Bizim.Media