İstanbulda törədilən terror aktında şübhəli bilinən 5 nəfər Bolqarıstanda saxlanılıb.
Bizim.Media NOVA agentliyinə istinadən xəbər verir ki, saxlanılanlar arasında 3 nəfər Moldova vətəndaşı və bir nəfər ərəb əsilli şəxs var.
Bu şəxslər İstanbulda terror aktı törədən şəxsə yardım etdiyinə görə müttəhim qismində saxlanılıb. Onlar terror aktı törədən şəxsə logistika və kommunikasiya ilə bağlı kömək edib.
Bolqarıstan Baş prokurorunun sözçüsü Siika Mileva xəbəri təsdiqləyib. Onun sözlərinə görə, faktla bağlı Terrorla Mübarizə İdarəsində cinayət işi başlanıb və bu gün şəhər məhkəməsində həbs-qətimkan tədbirinə baxacağı gözlənilir.
Əməliyyat tam məxfilik şəraitində keçirilib.
Qeyd edək ki, İstanbulda törədilən terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Faktla bağlı şübhəli bilinən 17 nəfər həbs edilib.
Bizim.Media