Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər verildi

Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər verildi

Hazırda oxunan: Gəncədə şəhid ailələri və müharibə əlillərinə mənzillər verildi

105226

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən Gəncə yaşayış kompleksindəki tam təmirli mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Mənzillərin sənədlərinin təqdim edilməsi mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.
Tədbirdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin genişmiqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğu vurğulanıb.

Bu tədbirlər çərçivəsində artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi bildirilib.

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.

Vurğulanıb ki, 2022-ci il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və bunun da 1100-ə yaxını təqdim edilib.

Həmçinin qeyd edilib ki, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri çərçivəsində onlara postmüharibə dövründə 300-dən çox, ümumilikdə ötən dövrdə 7500-dən artıq avtomobil verilib.

Yeni mənzillə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər daima dövlət qayğısı ilə əhatə olunduqlarına, bu gün isə mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO