“Azəriqaz”da nümunəvi işçilər təltif olundu - FOTO 

“Azəriqaz”da nümunəvi işçilər təltif olundu - FOTO 

Hazırda oxunan: “Azəriqaz”da nümunəvi işçilər təltif olundu - FOTO 

105186

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Rəşad Cavadov Ağsu Regional Qaz İstismarı İdarəsinin inzibati binasında region üzrə əmək fəaliyyətində fərqlənən işçilərlə görüşüb.

Bizim.Media xəbər verir ki, əməkdaşların qayğıları ilə maraqlanan Birlik rəsmisi onların problemlərinin həll olunması üçün Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə göstəriş verib. 

Qurum rəsmisi region üzrə ayrı-ayrı xidmət sahəsi üzrə 15 nəfər mühəndis və çilingər peşəsində çalışan işçilərə Fəxri Fərman və hədiyyələr təqdim edib.

Görüş zamanı Birlik rəsmisi təltif edilən hər bir işçiyə gələcək fəaliyyətində uğurlar arzulayaraq onların digər işçilərə nümunə olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO