Niyam Salami Nadir Qafarzadə ilə KÜSÜLÜDÜR? – VİDEO

Niyam Salami Nadir Qafarzadə ilə KÜSÜLÜDÜR? – VİDEO

Hazırda oxunan: Niyam Salami Nadir Qafarzadə ilə KÜSÜLÜDÜR? – VİDEO

105065

Müğənni Niyam Salaminin həmkarı Nadir Qafarzadə ilə küsülü olduğu üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, onların küsülü olması “Səhər mərkəzi” verilişində bəlli olub. 

Verilişin aparıcısı Tural Əsədovun “”Stop” deyəndən sonra ekranda həmkarınızdan birinin fotosu nümayiş olunacaq. Siz isə ona canlı efirdə zəng edəcəksiniz” sözlərinə Niyam “Bəlkə mənim ondan zəhləm gedir? Bunu edə bilmərəm” cavabını verib. 

Salami “stop” deyəndən sonra Nadir Qafarzadənin fotosu ekranda göstərilib. Nadirin şəklini görən Niyamın üz ifadəsi “180 dərəcə” dəyişib. Üzünü “turşutduğunu” görən proqramın digər aparıcısı Afaq Gəncəli isə “Nadir Qafarzadə pisdir? O, sülhsevər insandır” söyləyərək Niyama səslənib. 
Salami isə “Nadirdə “S” hərfi yox “D” hərfi var. Nadir “dava” ilə gəzir. Ona zəng edib xoş sözlər deyə bilmərəm. Heç zaman zəng etmədiyim bir insana necə birdən-birə efirə görə belə addım atım? Bunu edə bilmərəm. Nadirlə heç zaman telefonla danışmamışam” - sözlərini dilə gətirib. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO