“AZAL” da korrupsiya yoxlamaları ilə bağlı RƏSMİ AÇIQLAMA 

“AZAL” da korrupsiya yoxlamaları ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: “AZAL” da korrupsiya yoxlamaları ilə bağlı RƏSMİ AÇIQLAMA 

104914

İki gün əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən xüsusi yoxlama qrupunun Azərbaycan Hava Yolları Dövlət Konserndə (AZAL) yoxlamalara başladığı barədə məlumatlar yayılmışdı. 

Məlumata görə, son bir neçə ili əhatə edən kompleks yoxlamanın 2 ay çəkəcəyi proqnazlaşdırılır. Hətta Cahangir Əsgərovun işindən kənarlaşdırılacağı da iddia edilmişdi. 

“AZAL” dakı yoxlamalarla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bizim.Media-ya açıqlama verib:
 

MÖVZU İLƏ BAĞLI:

AZAL-da aparılan yoxlamaların nəticələri açıqlandı – RƏSMİ 


“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yoxlamaların aparılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən AZAL-da hansısa yoxlama aparılmır. Bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZAL-ın Müşahidə Şurasının rəhbəridir. Bu yaxınlarda AZAL-a yeni birinci vitse-prezident təyinatı da olub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO