Almaniyada paralimpiyaçılarımıza qarşı ERMƏNİ TƏXRİBATI

Almaniyada paralimpiyaçılarımıza qarşı ERMƏNİ TƏXRİBATI

Hazırda oxunan: Almaniyada paralimpiyaçılarımıza qarşı ERMƏNİ TƏXRİBATI

104900

"Ermənilər təxribat xarakterli məlumatları birləşdirərək bizim paralimpiya hərəkatından kənarlaşdırılmağımızı təklif etdilər. Təbii ki, biz də buna çox layiqli cavab verdik".

Bizim.Media xəbər verir ki, bunu report.az-a açıqlamasında Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Almaniyanın paytaxtı Berlində keçirilən Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasında baş vermiş erməni təxribatı haqqında danışarkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Paralimpiyaçılarımızın ÖRNƏYİ: “Azərbaycan idmanını fiaskodan xilas etdilər”


Funksioner bildirib ki, Ermənistan Paralimpiya Komitəsinin nümayəndələri fürsətdən istifadə edərək, söz alıb və Assambleyanın gündəliyinə aidiyyəti olmayan mövzuya toxunublar:

"Bizi aqressor adlandıraraq, Azərbaycanın da Rusiya və Belarus kimi beynəlxalq paralimpiya hərəkatından kənarlaşdırılmasını təklif etdilər. Qardaş Türkiyənin də adını çəkərək bildirdilər ki, guya Azərbaycan bu ölkə ilə birləşərək Ermənistan torpaqlarını işğal edib. Eyni zamanda, buna görə bizi ilk təbrik edən ölkə Ukrayna olub".

O, təxribata cavab olaraq, Azərbaycanın mövqeyini əks etdirən bütün sübutları gətirdiklərini vurğulayıb:

"Dedik ki, ölkəmiz haqq yolundadır, 30 ilə yaxın işğal altında olan torpaqlarını azad, milyonlarla məcburi köçkünün, 10 minlərlə şəhid və qazinin hüququnu bərpa etdi. Azərbaycanın başqasının torpağına heç bir iddiası yoxdur. Sadəcə, bizim torpaqlarımıza kimsə göz dikməsin. Azərbaycan BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalını pisləyən bəyanatlarını təkbaşına həyata keçirdi. Bu da bizim Müzəffər Ali Baş Komandamızın rəhbərliyi altında baş tutdu. Diplomatik və təmkinlə qarşı tərəfin cavabını verdik".

Rəhimovun sözlərinə görə, bundan sonra iclasa sədrlik edən Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsons zala səslənərək, Azərbaycan Milli Paralimpiya Komitəsinin üzvlükdən çıxarılmasının müzakirə mövzusu olmadığını söyləyib: "Səhər yeməyi ərəfəsində bir çox ölkələrin nümayəndələri mənə yaxınlaşaraq, çıxışımı bəyəndiklərini bildirdilər. Söylədilər ki, çox gözəl cavab verilib. Beləliklə, həmişə olduğu kimi, Ermənistanın növbəti təxribatının qarşısını ala bildik".
Qeyd edək ki, Beynəlxalq Paralimpiya Komitəsinin növbədənkənar Baş Assambleyasında 120-dən çox ölkə iştirak edir. Müzakirə olunan əsas məsələ Rusiya və Belarus Paralimpiya Komitələrinin Beynəlxalq Paralimpiya Komitəsində fəaliyyətinin müvəqqəti dayandırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO