Bu məktəblər odunla qızdırılır - SİYAHI

Bu məktəblər odunla qızdırılır - SİYAHI

Hazırda oxunan: Bu məktəblər odunla qızdırılır - SİYAHI

104888

"Bizdə ölkədə odunla qızdırılan məktəblərin konkret siyahısı var. Həmin siyahıya uyğun olaraq hər il dövlət proqramına əsasən müxtəlif sayda məktəblərin qazlaşdırılması və ya digər enerji mənbələri ilə qızdırılması istiqamətində işlər həyata keçirilir".

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O, nazirliyinin hədəfinin odunla qızdırılan məktəblərin sayını ildən-ilə azaltmaq olduğunu bildirib. Şöbə müdirinin müavini söyləyib ki, bununla bağlı hər il müvafiq işlər görülür və buna uyğun olaraq çoxlu sayda məktəblər hər il qazla qızdırılan mərkəzləşdirilmiş istilik sisteminə qoşulur.
Nazirlik rəsmisi Azərbaycanda ümumtəhsil müəssisələrinin qızdırılması üçün hələ də odundan istifadənin səbəblərini açıqlayıb. Odunun ənənəvi yanacaq növü olduğunu bildirən O.Abbasov hazırda ölkədə bəzi məntəqələrin qazlaşdırılmadığını xatırladıb.

O, həmçinin deyib ki, hətta bəzi məntəqələrdə qaz olsa belə, mavi yanacağın mövcud təzyiqi məktəbin qızdırılmasına imkan vermir. Bundan əlavə, bəzi məktəblərin qəzalı vəziyyətdə olması, həmin təhsil ocaqlarının qazlaşdırılmasına maneə yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO