“Azərbaycan Avropanın vacib enerji tərəfdaşıdır” - Bolqarıstanın sabiq prezidenti

“Azərbaycan Avropanın vacib enerji tərəfdaşıdır” - Bolqarıstanın sabiq prezidenti

Hazırda oxunan: “Azərbaycan Avropanın vacib enerji tərəfdaşıdır” - Bolqarıstanın sabiq prezidenti

104852

“Avropa Azərbaycandan qaz tədarükünə bel bağlayır”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Trend.az-a açıqlamasında Bolqarıstanın sabiq prezidenti Petr Stoyanov deyib.

"Azərbaycan mövcud enerji böhranı şəraitində Avropa üçün enerji tərəfdaşı qismində çox vacib rol oynayacaq. Təkcə Bolqarıstan deyil, həm də bütün Avropa Azərbaycanla gələcək enerji əməkdaşlığına bel bağlayır", - deyə o bildirib.
P.Stoyanovun sözlərinə görə, Prezident İlham Əliyevin oktyabrın əvvəlində Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) işə salınması ilə əlaqədar Bolqarıstana səfəri böyük və vacib hadisə idi.

"IGB ölkəmiz üçün çox vacib layihədir və Bolqarıstanda hər kəs bunu başa düşür. Bizim Azərbaycanla çox gözəl tarixi tərəfdaşlığımız mövcuddur və biz bir-birimizə hörmətlə yanaşırıq. Azərbaycan və Bolqarıstanın əməkdaşlıq üçün vədedici gələcəyi var", - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO