Ağdamda daha bir erməni vandalizmi - FOTO

Ağdamda daha bir erməni vandalizmi - FOTO

Hazırda oxunan: Ağdamda daha bir erməni vandalizmi - FOTO

104794

Ağdamda daha bir erməni vandalizminin izinə rast gəlinib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ermənilərin törətdiyi daha bir iyrəncliyin üstü açılıb. Belə ki, işğalçılar qədim tarixə malik olan məzar üstü abidələri parçalayaraq tikinti materialı kimi istifadə edib. 

Bu barədə Bizim.Media-ya özəl danışan Qarabağ müharibəsi qazisi Elməddin Səfərov bildirib.

O, tarixi əhəmiyyətli İmarət abidə-kompleksinin həyətində ermənilərin sonrada tikdiyi evin hasarına nəzər salarkən bu faktı aşkarladığını bildirib: 

"Sonradan tikilmiş hasara baxanda diqqətimi cəlb etdi. Bu, Ağdam ərazisində yaşı yüzdən artıq olan qəbir daşlarının parçalardır. Həmin tikilinin arxa hissəsi isə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Asif Məhərrəmovun doğulub böyüdüyü evin həyətidir. Maraqlı tərəfi ondan ibarətdir ki, işğalçı tərəf qadım tarixə malik İmarət abidə kompleksində donuz saxladıqları üçün işğalın ilk aylarında dağıtdıqları hasarı bu şəkildə bərpa ediblər", - deyir Elməddin Səfərov. 

Həmin məzar daşlarının rayonun ən böyük qəbirstanlığı olan Qarağacı qəbirstanlığında dağıdılan məzar daşlardan olduğu ehtimal edilir. 

Məlumat üçün bildirək ki, Hacı Elməddin Səfərov Ağdam şəhərində doğulub. O, yetkinlik yaşlarından qohumu Asif Məhərrəmovun tabeliyində olan hərbi bölmədə döyüşlərdə iştirak edib və həmin əməliyyatlardan birində yaralanıb.

Bizim.Media



Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO