Prezident İlham Əliyev dövlət katibi Antoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 16-da ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ dövlət katibi İlham Əliyevə zəng edib
Bununla belə, dövlət başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.
Bizim.Media