Bakıda qonşusuna qarşı seksual xarakterli hərəkət edən şəxsə bəraət verildi

Bakıda qonşusuna qarşı seksual xarakterli hərəkət edən şəxsə bəraət verildi

Hazırda oxunan: Bakıda qonşusuna qarşı seksual xarakterli hərəkət edən şəxsə bəraət verildi

104674

14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilən Zaur Quliyevin (ad-soyad şərtidir) barəsində verilən şikayətə baxılıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Z. Quliyevin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib.

Onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə iclas zalından azadlığa buraxılıb. 

İttihama görə, Z. Quliyev 14 yaşına çatmayan qonşusu R. A-ya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO