Sağlamlıq üzrə arayışların verilməsi icbari tibbi sığortaya SALINIR?  - Rəsmi AÇIQLAMA

Sağlamlıq üzrə arayışların verilməsi icbari tibbi sığortaya SALINIR?  - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Sağlamlıq üzrə arayışların verilməsi icbari tibbi sığortaya SALINIR?  - Rəsmi AÇIQLAMA

104641

Xəbər verdiyimiz kimi bəzi tibb müəssisələrində sağlamlıq üzrə verilən arayışların qiyməti artıb. Əvvəl bu arayış 30 manata verilirdisə, indi 40 manata qədər artırılıb.

Tibb mütəxəssisləri və tanınmış hüquqşünaslar əməkhaqqıdan tutmalara xidmətin pulsuz olduğu təqdirdə, bu xidmətə dair arayışın pullu olmasını absurd addım kimi qiymətləndirirlər. 

Bu baxımdan xidmətin İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil edilməsini məqbul hesab edirlər. 

İcbari Tibbi Sığorta Agentliyi Bizim.Media-nın bu sorğusunu belə cavablandırıb:
 

MÖVZU İLƏ BAĞLI:

İcbari tibbi sığortadan NARAZILIQ - Xəstəxananı kim seçir?


“Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilib. Xidmətlər Zərfinə yalnız 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi və Hərbi xidmətə çağırılanların tibbi müayinəsi barədə arayışlar daxildir”. 

Qurumdan əlavə edilib ki, Azərbaycan Respublikasının Prezidentinin 13 may 2022-ci il tarixli 1677 nömrəli Fərmanı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tariflərinin müəyyənləşməsi TƏBİB-ə həvalə olunub. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO