Daha 2 taekvondoçu DÇ-də mübarizəyə başlayır

Daha 2 taekvondoçu DÇ-də mübarizəyə başlayır

Hazırda oxunan: Daha 2 taekvondoçu DÇ-də mübarizəyə başlayır

104614

Azərbaycanın daha iki taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, kişilərin yarışında 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev Tayland təmsilçisi Çayçon Ço ilə üz-üzə gələcək.

Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı, 49 kq çəkidə çıxış edən Patimat Abakarova yunanıstanlı Nektaria Anastasia Kokosi ilə görüşəcək.

Xatırladaq ki, ötən gün mübarizəyə qoşulan Taleh Süleymanov (87 kq) ilk qarşılaşmasında Serbiyanı təmsil edən Mehdi Khodabakhshiyə uduzub.

Qeyd edək ki, Azərbaycan yarışda 8 taekvondoçu ilə təmsil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO