Qətər Mundialının ən yaşlı və ən gənc futbolçuları açıqlanıb

Qətər Mundialının ən yaşlı və ən gənc futbolçuları açıqlanıb

Hazırda oxunan: Qətər Mundialının ən yaşlı və ən gənc futbolçuları açıqlanıb

104572

Noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatının ən yaşlı və ən gənc futbolçuları məlum olub.

Bizim.Media xəbər verir ki, futbolçuların təsnifatı FIFA-nın rəsmi saytında öz əksini tapıb.

Sözügedən məlumatda bildirilir ki, Meksika yığmasının 40 yaşlı qapıçısı Alfredo Talavera və Almaniya millisinin 18 yaşlı hücumçusu Yussuf Mukoko müvafiq olaraq ilk pillələrdə qərarlaşıb.

Mundialın ən yaşlı oyunçularının sıralamasında növbəti 4 yeri Kanadadan Atiba Hatçinson, Portuqaliyadan Pepe, Yaponiyadan Eydzi Kavasima və Braziliyadan Dani Alves bölüşdürür. Onların hər birinin 39 yaşı var.

Ən gənc futbolçuların siyahısında isə Avstraliyadan Qaranq Koul 2-ci, İspaniyadan Qavi 3-cü sırada yer alıb. Hər iki futbolçunun 18 yaşı olsa da, Koulun Mukoko ilə gün, Qavinin isə ay fərqi var.
Qeyd edək ki, dünya çempionatı dekabrın 18-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO