Kitabları çürüyən Buzovna kitabxanası nə vaxt TƏMİR OLUNACAQ? – Rəsmi CAVAB 

Kitabları çürüyən Buzovna kitabxanası nə vaxt TƏMİR OLUNACAQ? – Rəsmi CAVAB 

Hazırda oxunan: Kitabları çürüyən Buzovna kitabxanası nə vaxt TƏMİR OLUNACAQ? – Rəsmi CAVAB 

104515

Xəzər rayonu M. Əzizbəyov adına Buzovna kitabxanasının təmirə ehtiyacı var. Sosial şəbəkədə 10 il əvvəl təmir olunan kitabxananın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb.  Döşəmə qopub, istilik sistemi olmayan kitabxanada  kitablar çürüyür.

Mədəniyyət Nazirliyinin rəsmisi Nuridə Allahyarova Bizim.Media-ya açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib:

“Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayonu M.Əzizbəyov adına Buzovna kitabxanası ilə bağlı qüsur aktı tərtib edib və tender elan olunub. Tenderin nəticələri elan olunmayınca, orada təmir-bərpa işləri aparıla bilməz. Amma bununla bağlı bütün prosedur işləri görülüb. Tenderin nəticəsi elan olunduqdan sonra təmirə başlanacaq”.

Qeyd edək ki, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli “Facebook” hesabında Xəzər rayonu M.Əzizbəyov adına Buzovna kitabxanasının təmirsiz vəziyyəti ilə bağlı görüntülərini paylaşıb. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO