Azərbaycan filmi “Oscar”a namizədlər siyahısına daxil edildi

Azərbaycan filmi “Oscar”a namizədlər siyahısına daxil edildi

Hazırda oxunan: Azərbaycan filmi “Oscar”a namizədlər siyahısına daxil edildi

104502

Azərbaycanın tanınmış kino rejissoru Şamil Əliyevin “Yaradanlar” (CREATORS) filmi 95–ci Oskar Akademiyasının mükafatına namizədlərin siyahısına daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) məlumat yayıb.

Amerika İncəsənət və Elmlər Akademiyasının 95–ci Akademiya mükafatlarının təqdimat mərasimi 2023–cü il martın 12–də, bazar günü keçiriləcək.

Qeyd edək ki, Şamil Əliyevin filmi 20–ci əsrin görkəmli Azərbaycan memarları Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda kommunist–bolşevik ideologiyasının Azərbaycanın mədəni irsinə və düşüncə tərzinə amansız təsirinin öyrənilməsindən bəhs edir.
Filmin ideya müəllifi Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri, Əməkdar memar, professor Elbəy Qasımzadə, ssenari müəllifi Xalq yazıçısı Natiq Rəsulzadə, quruluşçu operatoru Rüfət Süleymanov, rəssamı Lalə Hüseynzadə, bəstəkarı Azər Əsgərov, prodüseri Nazim Hüseynovdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO