İsrail vətəndaşının qətlini planlaşdıran bir qrup şəxs TUTULDU

İsrail vətəndaşının qətlini planlaşdıran bir qrup şəxs TUTULDU

Hazırda oxunan: İsrail vətəndaşının qətlini planlaşdıran bir qrup şəxs TUTULDU

104443

Gürcüstanda İsrail vətəndaşının qətlini planlaşdıran bir qrup şəxs saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yayıb.

Mənbə yazır ki, aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Pakistan vətəndaşlığı, habelə ikili İran-Gürcüstan vətəndaşlığı olan şəxslər ələ keçirilib.

“Xaricdə yaşayan təşkilatçılar, o cümlədən qətlin sifarişçisi, İran vətəndaşı və digər iştirakçılar müəyyən edilib.

Onlara qarşı kompleks əməliyyat-axtarış tədbirləri davam etdirilir”, - DTX-nın məlumatında deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO