“Yolda gur səslə müsiqi ilə avtomobil idarə edən sürücüləri yüksək məbləğdə cərimə gözləyir”.
Bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında söyləyib.
O bildirib ki, yüksək səslə musiqi dinlənilməsi ilə bağlı məsuliyyət tədbirləri İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində öz əksini tapıb:
“Lakin burada bəzi incəliklər var. Həmin maddədə qeyd olunub ki, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə - fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər isə iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Elməddin Muradlı digər saatlarda yüksək səslə musiqi dinləyən sürücüləri heç bir məsuliyyət gözləmidiyini əlavə edib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:45 / 14.11.2022
Bu sürücüləri yüksək məbləğdə cərimə gözləyir – EKSPERT QAYDALARI AÇIQLADI
Hazırda oxunan: Bu sürücüləri yüksək məbləğdə cərimə gözləyir – EKSPERT QAYDALARI AÇIQLADI
Hazırda oxunan: Bu sürücüləri yüksək məbləğdə cərimə gözləyir – EKSPERT QAYDALARI AÇIQLADI
104305
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.