Rusiya xarici işlər naziri Sergey Lavrov Bali adasında xəstəxanaya yerləşdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Lavrov hazırda oteldə olduğunu və sabahkı sammit üçün materialları oxuduğunu söyləyib.
“Mən oteldə sabahkı sammit üçün materialları oxuyuram”, - deyə Lavrov Rusiya XİN sözçüsü Mariya Zaxarovanın telegram kanalında qısa qol köynək və şortla paylaşdığı videoda bildirib.
Bizim.Media