Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanıldı - FOTO

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanıldı - FOTO

Hazırda oxunan: Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanıldı - FOTO

104222

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.  

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupuna istinadən məlumat verir ki, Göygöl rayon sakini Elşən Məmmədov 8 noyabr Zəfər Günündə “Niva” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, eləcə də digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.  

Bundan başqa polis əməkdaşları tərəfindən Gəncə şəhər sakini Elcan Cəfərovun da “VAZ 2107” markalı avtomobil ilə təhlükəli manevrlər etməsi aşkar olunub.

Hər iki şəxs barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hər iki şəxs ardıcıl olaraq 25 və 20 sutka inzibati qaydada həbs edilib.
Qanunla qadağan edilməsinə baxmayaraq sayrışan işıqlardan istifadə edən Sənan Qurbanov və dövlət qeydiyyat nişanını gizlədən digər sürücü isə cərimə edilib.  

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO