Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən İran İslam Respublikası xüsusi xidmət orqanları üçün işləyən casus şəbəkəsi ifşa olunub.
Bizim.Media xəbər verir ki, təqsirləndirilən şəxslərdən biri olan Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlayıb.
MÖVZU İLƏ BAĞLI:
DTX: İran xüsusi xidmət orqanlarının casus şəbəkəsi ifşa edildi - VİDEO
O, xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verib.
Bizim.Media