İstanbuldakı partlayışda xəsarət alanların son durumu açıqlandı - FOTO

İstanbuldakı partlayışda xəsarət alanların son durumu açıqlandı - FOTO

Hazırda oxunan: İstanbuldakı partlayışda xəsarət alanların son durumu açıqlandı - FOTO

104176

Türkiyənin İstanbul şəhərində ötən gün törədilən terror aktında xəsarət alanların son durumu açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca "Twitter" hesabında yazıb.

“İstiqlal küçəsində baş verən partlayışda yaralanan 81 nəfərdən 39-nun müalicəsi başa çatdıqdan sonra evə buraxılıb. Xəstəxanaya yerləşdirilən 42 yaralıdan 5-i hələ də reanimasiya şöbəsindədir, onlardan 2-nin vəziyyəti ağırdır. Yaralıların ən qısa zamanda sağalması üçün əlimizdən gələni edirik”, - deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

İstanbul partlayışında ölənlərin sayı 5-ə çatdı - 36 yaralı var - YENİLƏNİB - VİDEO


Xatırladaq ki, hadisə zamanı 6 nəfər həlak olub və onların hər birinin adı açıqlanıb.

Terror aktını törədən qadın isə ələ keçirilib. O, partlayışdan öncə çiynindəki çantanı İstiqlal küçəsində qoyaraq ərazidən uzaqlaşıb. Məhz həmin yerdə partlayış olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO