Məzarların açılması ilə bağlı ilahiyyatçıdan AÇIQLAMA

Məzarların açılması ilə bağlı ilahiyyatçıdan AÇIQLAMA

Hazırda oxunan: Məzarların açılması ilə bağlı ilahiyyatçıdan AÇIQLAMA

10415

Xəbər verdiyimiz kimi, Vətən müharibəsində həlak olan və Bakının ümumşəhər qəbiristanlığında dəfn edilən 18 şəhidin məzarı Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına köçürülüb.

Şəhidlərin məzar yerlərinin dəyişdirilməsi ilə bağlı onların ailə üzvlərinin müraciətləri araşdırılıb və problem həllini tapıb.

Ümumiyyətlə, dinimizdə məzarların açılması günah sayılırmı?

Sualı cavablandırmaq üçün ilahiyyatçı Tural İrfan ilə əlaqə saxladıq. 

O, Bizim.Media-ya açıqlamasında dedi ki, dinimizə görə qəbirin açılması bir neçə məqamda məqbul sayılır: 
 

MÖVZU İLƏ BAĞLI:

18 şəhidin məzarı Yasamaldakı Şəhidlər Xiyabanına köçürüldü - FOTO


“Birincisi, məzar hansısa faktın araşdırılması üçün açıla bilər və bu, haram, günah sayılmır. Bundan başqa, əgər qibləyə səhv basdırılarsa, bu zaman qəbiri açıb yenidən dəfn etmək də haram deyil. Şəriətə uyğun qüsulsuz torpağa tapşırılıbsa, bu zaman mərhumun məzarının açılmağına icazə verilir”.

Daha sonra ilahiyyatçı yerdəyişmələri də belə əsaslandırdı:

“Mərhumun ailə üzvlərinin icazəsi olmadan və ya qəsdən uyğun olmayan ərazidə dəfn edildikdə icazə verilə bilər”. 

O, 18 şəhidimizin məzarının mərhumların yaxınlarının istəyi ilə dəyişdirilməsində qəbahət olmadığını vurğuladı.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO