İranda doğulub erkən yaşlarında İsveçə köçən qardaşlar 10 il ərzində İsveçin məxfi məlumatlarını Rusiyaya satmaqda ittiham olunublar.
Bizim.Media “GDH”yə istinadən xəbər verir ki, İran əsilli Peyman və Payam Kia qardaşları saxlanıldıqdan sonra İsveç Kəşfiyyatı onların evindən mobil telefonlarını, parçalanmış sərt diski, pul və qızıl əməliyyatlarını əks etdirən qeydləri müsadirə edib.
İranlı qardaşları müdafiə edən vəkillər yerli mediaya şübhəlilərin heç bir konkret sübut olmadan həbs olunduqlarını iddia etsələr də, İsveç rəsmiləri qardaşların məlumatı birbaşa Rusiya hərbi kəşfiyyat xidməti olan QRU-ya ötürmək üçün birlikdə çalışdıqlarını aşkar edib.
Məlum olub ki, məxfi məlumatları İsveç təhlükəsizliyinə zərər verəcək qədər oğurlayan qardaşlar bunu kəşfiyyatda və orduda xidmət edərkən törədiblər.
İbtidai istintaqda olan məlumatların çoxu həssas xarakter daşıdığı üçün mətbuata açıqlanmayıb.
Qeyd edək ki, bu iki ölkə ilə Rusiya arasında gərginlik son illərdə xüsusilə Rusiyanın Ukraynaya hücumundan və İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətindən sonra artıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:12 / 12.11.2022
İranlı casus qardaşlardan ŞOK əməl – İsveç kəşfiyyatı məlumatları Rusiyaya ötürülüb -FOTO
Hazırda oxunan: İranlı casus qardaşlardan ŞOK əməl – İsveç kəşfiyyatı məlumatları Rusiyaya ötürülüb -FOTO
Hazırda oxunan: İranlı casus qardaşlardan ŞOK əməl – İsveç kəşfiyyatı məlumatları Rusiyaya ötürülüb -FOTO
103998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.