Aynur ikinci dəfə ailə qurmaqdan DANIŞDI: “Özüm boyda övladlarım var, ayıbdır” – VİDEO

Aynur ikinci dəfə ailə qurmaqdan DANIŞDI: “Özüm boyda övladlarım var, ayıbdır” – VİDEO

Hazırda oxunan: Aynur ikinci dəfə ailə qurmaqdan DANIŞDI: “Özüm boyda övladlarım var, ayıbdır” – VİDEO

103948

“Özüm boyda övladlarım var. Yenidən ailə qurmaq istəmirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.

Sənətçi ikinci dəfə ailə qurmağı özünə ayıb saydığını və bu addımı atmayacağını bildirib. 

“İlk evliliyimdə bəxtim, taleyim gətirmədi. Çətin insanam. Hər şeydən utanıb, çəkinirəm. Xasiyyətim budur. Başı aşağı insanam. Evlənməklə bağlı ciddi təkliflər çox olur. Amma utanıram. Xasiyyətimi dəyişə bilmərəm. Özüm boyda uşaqlarım var. Oğlumun 17, qızımın isə 10 yaşı var. Neynirəm yenidən ailə qurmağı? Ayıbdır!” 

Qeyd edək ki, A.Dadaşova müsahibələrində həyat yoldaşının ona xəyanət etdiyini bildirərək, boşandığını açıqlamışdı. Bir müddət sonra isə müğənninin həmkarı Niyam Salami Aynurla evlənəcəyini söyləmişdi.
Onlar cəmiyyətdə bu məsələnin böyüdüyünü və ciddiləşdiyini gördükdən sonra bunun şou olduğunu açıqlamışdılar. 

Rəşad Əliyev, Bizim.Media


Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO