“Tarif Şurası ləğv edilsin, qiymətləri biz müəyyənləşdirək\'\' - Deputatdan çağırış

“Tarif Şurası ləğv edilsin, qiymətləri biz müəyyənləşdirək\'\' - Deputatdan çağırış

Hazırda oxunan: “Tarif Şurası ləğv edilsin, qiymətləri biz müəyyənləşdirək\'\' - Deputatdan çağırış

10393

“Bizim Azərbaycanın üzərində bir kabus yaranıb. Bu kabusun adı da Tarif Şurasıdır. Kimsə xalqda dövlətə inamsızlıq yaratmaqdan ötrü qiymətləri qaldırır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentin bu gün keçirilən iclasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

''Hərbçilərin maaşı artırılmalıdır, buna imkanımız çatır'' - Deputat


O bildirib ki, zəlzələni əvvəldən bilmədiyimiz kimi, Tarif Şurasının qərarlarını da bilmirik:

“Yediyimiz, içdiyimiz gözümüzdən gəlir. Heç kim də xalqın qarşısına çıxıb hesabat vermir.

Gərək deputat hesab verə. Konstitusiyanın ana maddəsi xalqın rifahının yaxşılaşdırılmasıdır. Nə haqla Tarif Şurası bu halları məhdudlaşdırır?  

Biz təcili Tarif Şurasını ləğv etməliyik. Ya da bu qiymətləri bizə təqdim etməlidirlər ki, onu biz müəyyənləşdirək. Görülən işlərə kölgə salmaq lazım deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO