“Azərbaycan əhalisinin demoqrafik hesablamalarını həm özümüz aparmışıq, həm də beynəlxalq ekspertləri cəlb etmişik. 2050-ci ilə qədər olacaq demoqrafik göstəriciləri hesablamışıq. 2035-ci ilə qədər problem yoxdur”.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclasda səsləndirilən təkliflərə cavabında deyib.
Nazir bildirib ki, 2035-ci ilə qədər problem yoxdur, 2035-2045-ci illər üçün yaşlanma gözlənilir, 2045-dən sonra çağırışlar yaranır:
“Bu hesablamalar pensiya sisteminin dayanıqlığına təminat verir. Biz bu illər ərzində formal məşğulluğu təmin etməliyik. Ona görə bütün fokus formal məşğulluğun təmin edilməsinə yönəldilib”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 11.11.2022
“2035-ci ilə qədər problem yoxdur” - Sahil Babayev
Hazırda oxunan: “2035-ci ilə qədər problem yoxdur” - Sahil Babayev
Hazırda oxunan: “2035-ci ilə qədər problem yoxdur” - Sahil Babayev
103837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.