Şəhid atası: “Bu, oğlumun 3-cü, sonuncu ağır döyüşü oldu” - FOTO/VİDEO

Şəhid atası: “Bu, oğlumun 3-cü, sonuncu ağır döyüşü oldu” - FOTO/VİDEO

Hazırda oxunan: Şəhid atası: “Bu, oğlumun 3-cü, sonuncu ağır döyüşü oldu” - FOTO/VİDEO

103591

"Böyük oğlum Murad mənim and yerim, qürur yerim, fəxr mənbəyimdir. Onun şəhid olması ailəmizi sarsıtsa da dərhal gözümün önünə erməninin torpağımıza namərdcəsinə ayaq qoymaq cəhdi canlandı. Fəxr etdim ki, təxribatın qarşısının alınmasında mənim oğlum da canından keçib, düşmənin  murdar ayağının torpağımıza dəyməsinə imkan verməyib".

Bu açıqlamanı Bizim.Media-ya Şabran şəhər sakini, bu ilin  sentyabr hadisələrində Ermənistanla dövlət sərhədində  şəhid olan Murad Rəsulovun atası İlqar Rəsulov söyləyib.

Şəhid atası 22 yaşlı leytenant oğlu Muradın döyüş şücaətlərindən danışaraq qeyd edib ki, bu, oğlunun 3-cü, sonuncu ağır döyüşü oldu:

"Murad Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirmişdi. 44 günlük Vətən Müharibəsində fəal iştirak etmişdi. 2021-ci il noyabrın 16-da Ermənistanla sərhəddə düşmən təxribatının alınmasında da xüsusi igidlik göstərmişdi. Bu ilin sentyabr ayında baş verən daha bir düşmən təxribatında isə  həyatını itirdi".

İlqar Rəsulov Zəfər günü öncəsi Azərbaycan Prezidenti İlham Əliyevin təltif etdiyi şəhid hərbçilərin sırasında oğlunun adının olmasını qardaşı oğlundan eşitdiyini deyir:

"Çox razıyıq Prezidentdən. Ona dəyər verdi, "3-cü dərəcəli Rəşadət" ordeni və "Vətən uğrunda" medalına layiq gördü. Ailəmiz adından cənab Ali Baş Komandanımıza təşəkkür edirəm".

Qeyd edək ki, Murad Rəsulov Şabran Şəhidlər Xiyabanında uyuyur. O, ailənin böyük oğlu idi. Ruhu şad olsun.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO