Ərdoğandan Ermənistan hakimiyyətinə ÇAĞIRIŞ - VİDEO

Ərdoğandan Ermənistan hakimiyyətinə ÇAĞIRIŞ - VİDEO

Hazırda oxunan: Ərdoğandan Ermənistan hakimiyyətinə ÇAĞIRIŞ - VİDEO

103563

"Ermənistana açıq və konkret şəkildə dedik ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq".

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz Ermənistandan bunu gözləyirik. Hazırda bu mərhələyə gəlmişikmi? Bunu deyə bilmərəm”, -  deyə ölkə başçısı qeyd edib.

O, Fransa və ABŞ-dakı erməni diasporunun davamlı olaraq normallaşma prosesinin əleyhinə olduğunu qeyd edib. Ərdoğan diqqətə çatdırıb ki, bu yanaşma normallaşma prosesinə mənfi təsir göstərir.
Ərdoğan Ermənistana çağırış edərək bunun qarşısını ancaq Ermənistan hakimiyyətinin ala biləcəyini söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO