Ermənistan Rusiya prezidenti Vladimir Putinin respublikaya səfərinə ümid edir.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı baş nazir Nikol Paşinyanın mətbuat xidməti yayıb.
Bu bəyanat iki ölkə başçılarının telefon danışığından sonra verilib.
Noyabrın 23-də KTMT ölkələrinin liderləri İrəvanda toplaşacaq. Rusiya Federasiyasının prezidenti İrəvana bir gün əvvəl - noyabrın 22-də gələcək.
Bizim.Media