ABŞ-da silah almaq üçün müraciət edənlərin sayı 2020-ci ildə 39,7 milyona yaxınlaşıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Federal Tədqiqatlar Bürosu məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
ABŞ tarixində ən kritik nöqtəyə gəldi
“Baharlar” bumeranq olub ABŞ-a qayıdır
Məlumata görə, ABŞ-da 2020-ci ildə 39 milyon 695 min insan silah üçün müraciət edib.
Ölkədə 2018-ci ildə silah almaq üçün müraciət edənlərin sayı 26 milyon olduğu halda, bu rəqəm 2019-cu ildə 28 milyona çatıb.
Ölkədə insanların silah almağa meyillənməsi COVİD-19 epidemiyasının təsiri ilə əlaqələndirilib.
Bizim.Media