"Qarabağ"ın qapıçısının son vəziyyəti – Baş məşqçidən AÇIQLAMA  

Hazırda oxunan: "Qarabağ"ın qapıçısının son vəziyyəti – Baş məşqçidən AÇIQLAMA  

103491

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Turan Tovuz"la bugünkü oyunda zədə alan futbolçusu Şahruddin Məhəmmədəliyevin durumundan danışıb. 

Bizim.Media xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, ağrıları olan qapıçının durumu sabah bilinəcək:  

"Boyun nahiyəsində ağrısı var. Tam rahat hərəkət edə bilmir. Bir az halsızlaşmışdı. İndi özünə gəldi. Ayağa qalxıb müəyyən qədər hərəkət etdi. Bakıya qayıtdıqdan sonra dəqiq diaqnoz qoyulacaq. Lakin ağrıları qalır. Durumuna sabah aydınlıq gələcək".  
Qeyd edək ki, oyun zamanı qapıçı komanda yoldaşı Bədavi Hüseynovla toqquşaraq boynu üstə yerə düşüb. O, oyunu davam etdirsə də, matçın final fitindən sonra meydanı xərəkdə tərk edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO