Səidə Dadaşova:

Səidə Dadaşova: "Anamı öpmək istədim, qoymadı" - VİDEO 

Hazırda oxunan: Səidə Dadaşova: "Anamı öpmək istədim, qoymadı" - VİDEO 

103431

"Valideyni seçmirsən, Allah sənə verir. Övladın bu dünyaya gəlməkdə günahı yoxdur. Əgər bir valideyn dünyaya uşaq gətirirsə, onun yanında olmalıdır. "Özüm üçün yaşayıram" deyə, bir şey yoxdur. Balaca olanda nə var ki... Əsas böyüyəndə dərd gəlir. Atamın 70-dən çox yaşı var idi, amma ana sığalı istəyirdi". 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova qonaq olduğu "7 canlı" axşam şousunda deyib.  

Sənətçi bildirib ki, anası, müğənni Sədaqət Dadaşova ilə uzun illərdir ki danışmır. Səidə açıqlamasında bildirib ki, o, anası ilə görüşdüyü zaman onu qucaqlamaq istəsə də, qarşı tərəfdən rədd cavabı alıb: 

"Mən sevgini qayınanamdan, baldızımdan, yoldaşımdan, qardaşımdan görürəm. Qardaşım mənə ata əvəzidir. Ana da anadır, Allah can sağlığı versin. İstəmərəm saçının telinə zərər gəlsin. Mən də onun üçün darıxıram. Bir yatdığım yastıq, bir də Allah bilir. Sonuncu dəfə çoxdanıncı ildə görmüşəm. Mənə heç onu görmək də lazım deyil. Atamın adını daşıyan uşağım var. Mən bir kənarda qalım, nəvə ilə maraqlanmır. Uşağıma mehriban olan başımın tacıdır.

Amma olmadı. Atamın ili pandemiya ərəfəsində idi. Evimizdə onu andıq. Gedib anamı öpmək istəyəndə, qardaşıma baxdı ki, bunu niyə gətirmisən? Sözü eşidəndə, gözümdən qıvılcım keçdi. Yenə qucaqladım, öpdüm. Dedim, canın, özün sağlamsan, bəsdir". 
Qeyd edək ki, Sədaqət Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. Rafael ilə Sədaqətin üç övladı var. 

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO