Çavuşoğlu TDT-nın IX Zirvə toplantısında Ərdoğanı müşayiət edəcək

Çavuşoğlu TDT-nın IX Zirvə toplantısında Ərdoğanı müşayiət edəcək

Hazırda oxunan: Çavuşoğlu TDT-nın IX Zirvə toplantısında Ərdoğanı müşayiət edəcək

103402

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistana səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə  Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Məlumata görə, XİN rəhbəri Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə toplantısında dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı müşayiət etmək və TDT xarici işlər nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə 9-11 noyabrda Özbəkistana səfər edəcək. 

Bildirilib ki, Səmərqənd Zirvə Toplantısında Təşkilatla bağlı bir çox sahələrdə hüquqi infrastruktur məsələləri müzakirə olunacaq, cari və yeni əməkdaşlıq qiymətləndiriləcək.  

Tədbirdə həmçinin ortaq əməkdaşlıq üzrə qlobal və regional problemlər və təşkilatın gündəliyi müzakirə ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO