Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Hazırda oxunan: Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

103387

Noyabrın 8-də Azərbaycan Atıcılıq Federasiyasının “Zəfər Kuboku” uğrunda yarışlar başlayıb.

Bizim.Media xəbər verir ki, 2 gün davam edəcək yarışlarda iştirakçılar 8 növdə - dairəvi stend (kişilər və qadınlar), səngər stendi (kişilər və qadınlar), 10 m-ə pnevmatik tapançadan atəş (kişilər və qadınlar), 10 m-ə pnevmatik tüfənqdən atəş (kişilər və qadınlar) üzrə növlərdə mübarizə aparacaqlar. 

Bu gün stend atıcılığı üzrə yarışlar keçirilib. Yarışlara 32 nəfər iştirakçı qatılıb. 

“Zəfər Kuboku” sabah stend atıcılığı üzrə qaliblərin müəyyənləşdirilməsi və güllə atıcılığı üzrə yarışlarla davam edəcək. Yarışlar Bakı Atıcılıq Mərkəzində keçirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO