Ağdamda Zəfər Gününə həsr olunan bayram tədbiri keçirildi - FOTO

Ağdamda Zəfər Gününə həsr olunan bayram tədbiri keçirildi - FOTO

Hazırda oxunan: Ağdamda Zəfər Gününə həsr olunan bayram tədbiri keçirildi - FOTO

103364

Ağdam Muğam Mərkəzində Zəfər Gününə həsr olunan bayram tədbiri keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan Respublikasının əməkdar artisti Azad Şükürovun moderatorluğu ilə baş tutan tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.

Bayram tədbiri Dövlət Himninin səsləndirilməsi, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda tələbələrin yürüşü oldu - FOTO


Sonra Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Emin Hüseynov çıxış edərək Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun tarixi zəfərlə nəticələnən qələbəsindən, ərazi bütövlüyümüzün bərpasından, azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və quruculuq işlərindən, infrastruktur layihələrindən, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından geniş bəhs ediblər.

Tədbirin bədii hissəsində əməkdar artistlər Firuz Səxavətin, Səbuhi İbayevin, Elnur Zeynalovun və Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri və kompozisiyalar tamaşaçılara təqdim edilib.

Tədbirin sonunda Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov və Ağdam rayon icra hakimiyyəti başçısı Vaqif Həsənov media vasitəsi ilə öz növbələrində bütün Azərbaycan xalqını 8 noyabr – Zəfər günü münasibəti ilə təbrik edib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO