İkinci Ay tutulması YEKUNLAŞDI 

İkinci Ay tutulması YEKUNLAŞDI 

Hazırda oxunan: İkinci Ay tutulması YEKUNLAŞDI 

103305

İlin ikinci Ay tutulması başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb. 

Bildirilib ki, tutulma 17:56-da yekunlaşıb. 

Qeyd edək ki, Bu gün saat saat 12:02-də başlayan ay tutulmasının maksimumu saat 14:59-da olub. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatıb. 

12.28

İlin ikinci Ay tutulması başlayıb.

BDU-nun Astrofizika kafedrasından Bizim.Media-ya verilən məlumata görə, saat 12:02-də yarımkölgəli tutulma başlayıb. 

13:09-da qismən, saat 14:16-da isə tam tutulma olacaq. Tutulmanın maksimumu saat 14:59-da olacaq. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.

2022-ci ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyəcək, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olacaq.
Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO