Bizim.Media “TRT Haber”ə istinadən məlumat verir ki, İran Səhiyyə Naziri Səid Nəməki bu gün verdiyi açıqlamada koronavirus epidemiyasındakı 4-cü dalğasının başlanmasından narahat olduqlarını bildirib və vətəndaşları karantin qaydalarına riayət etməyə çağırıb.
Nazir Nəməki "Virusun təsiri və yayılma sürəti yeni dalğada daha çox olacaq. Virusun mutasiya olunmuş forması dünyanın bütün ölkələrini narahat edir", deyə qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
İranda sutkada 119 nəfər vəfat etdi
Nəməki yeni pandemiya dalğası olması halında yeni və daha sərt addımlar atmaq məcburiyyətində qalacaqlarını da əlavə edib.
İran Prezidenti Həsən Ruhani də dünənki açıqlamasında cəmiyyəti baş verəcək hadisələrə qarşı xəbərdar edib, əks halda məhdudiyyətləri artırmaq məcburiyyətində qalacaqlarını bildirib.
Bizim.Media